Naxçıvan şəhərində baş verən qəzada piyada xəsarət alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gecə baş verən hadisə şəhərin Azadlıq prospektində qeydə alınıb.
67-BH-847 nömrəli avtomobilin sürücüsü Əli Mirzəyev Azadlıq prospektində, Şəhidlər xiyabanı - Araz qonaq evi istiqamətində piyada keçidini keçmək istəyən Aygün Əliyevanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Aygün Əliyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Yaralıya bazu sümüyü cisminin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.