Şərurda oğurluq olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbiri zamanı Şərur rayonu ərazisində yerləşən zavodlardan birində dəzgahlar və elektrik tənzimləyici qurğuların içərisində olan mis metalından ibarət olan hissələrin sökülərək oğurlandığı aşkarlanıb.
Həyata keçirilən əməliyyat axtarışı tədbirləri nəticəsində hadisənin Şərur şəhər sakinləri Əbilov Mahmud Ramiz oğlu, Məmmədov Nurlan Elxan oğlu və Bakı şəhərində olan Musayev Ələsgər Ələkbər oğlu tərəfindən törədildiyi müəyyən edilib.
Əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Şərur şəhər sakinləri Əbilov Mahmud Ramiz oğlu, Məmmədov Nurlan Elxan oğlu Şərur şəhər ərazisində saxlanılaraq istintaq orqanına təhvil verilib, hal-hazırda Bakı şəhərində olan Musayev Ələsgər Ələkbər oğlunun isə yerinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.