Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün saat 13-14:00 radələrində Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində, Olimpiya İdman Kompleksinin qarşısında magistral su xəttində qəza baş verib. Qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır. Nəticədə şəhərin Xətai və bir sıra məhəllələrinə suyun verilişi dayandırılıb. Əhali əvvəlcədən xəbərdar edilib. Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar. Hazırda təmir işləri davam etdirilir və bir neçə saata qeyd olunan ərazilərə suyun verilişi tam bərpa ediləcək.
Qeyd edək, bir neçə il əvvəl şəhər su və kanalizasiya sistemlərinin çəkilişi aparılarkən bir sıra hallarda texniki normalar gözlənilmədiyindən tez-tez magistral xətlərdə qəzalar baş verir. Nəticədə bu hallar magistral yolların sıradan çıxmasına və saatlarla su verilişində fasilələrin yaranmasına gətirib çıxarır.