NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, avtomobil qəzası Cəhri-Payız avtomobil yolunun Payız kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 67-BB-434 dövlət nömrə nişanlı “NAZ-Lifan” markalı minik avtomobili 67-BB-947 nömrə nişanlı “Ford” markalı minik avtomobilini ötmək istəyərkən qəza baş verib. Nəticədə, yoldan çıxan “NAZ-Lifan” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı Babək Rayon Polis Şöbəsində araşdırma aparılır.