Naxçıvanda internetin keyfiyyəti yaxşılaşdırılır - FOTOLAR

A- A A+

Muxtar respublikada mənzillərdə istifadə olunan internet tariflərində, xüsusilə ən çox istifadə olunan ADSL, yəni Asimmetrik Rəqəmsal Abunəçi Xətlərində keyfiyyət aşağı idi. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, artıq bu gündən istər ADSL, istərsə də GPON xətlərdə keyfiyyət yüksəldilir. 

Məsələn, bundan öncə əgər istifadəçi müqavilədə nəzərdə tutulan 20 manatlıq 4 Mbit/s sürətində internetin ən yaxşı halda sadəcə 2 Mbit/s-ni əldə edirdisə, indi 20 manatlıq 4Mbit/s-yə yaxın göstərir.

Qeyd edək ki, Naxçıvan televiziyası internetin sürəti ilə bağlı videomaterialı efirə təqdim etmişdir. Araşdırma zamanı Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları Naxçıvan televiziyasına müsahibə verərkən yaxın vaxtlarda bu istiqamətdə ciddi işlərin aparılacağını bildirmiş və əvvəlki köhnə xətlərin fiber - optik xətlərlə əvəz olunması və digər avadanlıqlarda yeniləmə və təkmilləşdirmə işlərinin aparılacağını qeyd etmişdilər. Artıq bu istiqamətdə işlərə başlanılıb.  Evlərdə ADSL internet tədricən  GPON internetlə əvəz olunacaq ki, bu da sürət və keyfiyyətə müsbət təsir göstərəcəkdir.

Hazırda Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi sosial şəbəkə hesablarında əhali arasında muxtar respublikada internetin vəziyyətini öyrənmək üçün sosial sorğu keçirir. Bütün istifadəçilər sorğuya qoşularaq öz fikirlərini qeyd edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: