Tərtərdə müharibədə dağılan evlərin bərpasına 1,5 mln. manat ayrılıb

A- A A+

Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə növbəti tender keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin keçirdiyi tenderin qalibi Real-İnşaat MMC seçilib.

Qalib şirkətlə tikinti və bərpa işlərinin həyata keçirilməsi üçün 1 milyon 499 min 898 manat həcmində müqavilə bağlanılıb. Şirkət müqavilə üzrə bu il iyun ayının sonuna kimi işləri yekunlaşdırmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: