Gəncə şəhərinin Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin (GDU) Regional Kollecində yanğın baş verib.
Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ilkin araşdırma zamanı hadisənin qısaqapanma nəticəsində baş verməsi, yaranmış tüstüdən 14 nəfərin zəhərlənməsi müəyyən edilib. Hazırda həmin şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.