Televiziyamızın əməkdaşı təlim keçib - FOTOLAR
Gənc Müəllimlər Assosiasiyasının üzvləri üçün təlim-treninq
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan Texniki Kollecində Gənc Müəllimlər Assosiasiyasının üzvləri üçün təlim-treninq keçirilib.
Naxçıvan teleradiosunun əməkdaşı, Əməkdar jurnalist Hüseyn Əsgərov telejurnalistikanın əsasları, informasiyanın hazırlanma metodları və yayım orqanlarına operativ çatdırılma üsulları barədə nəzəri və praktik məşğələlər keçib, suallar cavablandırılıb.