Şərur rayonunda ticarət mərkəzlərinin birində qanunsuz satışa çıxarılan aksiz markasız siqaretlər aşkarlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə aksiz markasız siqaretin kütləvi dövriyyəsini təşkil edən 1961-ci il təvəllüdlü şəxs məsuliyyətə cəlb edilib.