Rayonlarda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar muxtar respublikanın rayonlarında da ziyarətlər təşkil edilib.
İctimaiyyət nümayəndələri, minlərlə sakin rayon mərkəzlərində şəhidlərin xatirəsinə ucaldılan abidələri və şəhidlərin məzarlarını ziyarət edib, önünə tər güllər qoyub, şəhidlərin xatirəsinə ehtiramlarını ifadə edib, dualar oxuyublar.