DSX: 13 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTOLAR

A- A A+

Yanvar ayının 20-də saat 18:35-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş iki ədəd bağlamada ümumi çəkisi 13 kiloqram 130 qram narkotik vasitə (9 kiloqram 880 qram marixuana, 3 kiloqram 250 qram tiryək və 2000 ədəd “Metadon M-40” psixotrop həbləri) aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam еtdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: