Naxçıvana qayıdış başlayıb: sahibkar və investorlar geri dönür - VİDEO

A- A A+

İllərdir ki, Naxçıvandan uzaq salınan kiçik sahibkarlar və investorların muxtar respublikaya qayıdışı başlayıb. Onlardan biri də ölkəmizdə kifayət qədər populyar olan usta Sahil Ağabəylidir. Yaradılan yeni şəffaf investisiya mühitindən sonra Naxçıvanda yeni “Mannol Naxçıvan Əyləc Mərkəzi” fəaliyyətə başlayıb.

“Mannol Naxçıvan Əyləc Mərkəzi” bu gündən etibarən qapılarını müştərilərin üzünə açıb. 

Azərbaycanda tanınmış avtomobil ustası Sahil Ağabəylinin təşəbbüsü ilə yaradılan mərkəz Naxçıvan şəhər Nəsrəddin Tusi küçəsində, Naxçıvan Avtomobil Zavodunun yaxınlığında yerləşir.

Mərkəzdə müştərilərin rahatlığı üçün bütün imkanlar nəzərə alınıb. Sürücülər buraya müraciət edərək dünyaca məşhur “Mannol” firmasının keyfiyyətli mühərrik yağlarını və digər məhsullarını əldə edə bilərlər. Həmçinin mərkəzdə avtomobillərə texniki baxış, diaqnostika, yağdəyişmə, əyləc qəliblərinin dəyişdirilməsi kimi bir sıra xidmətlər də təklif olunur.

Hər gün saat 9:00-dan 18:00-dək fəaliyyət göstərən “Mannol Naxçıvan Əyləc Mərkəzi” sürücülərə peşəkar kollektivi ilə keyfiyyətli xidmət və yüksək zəmanət təklif edir. Mərkəzə yaxınlaşaraq avtomobilinizin müvafiq ehtiyaclarını qısa zamanda keyfiyyətli şəkildə qarşılaya bilərsiniz.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: