Yanvarın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 939 min 457, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 400 min 834, ikinci mərhələ üzrə 4 milyon 876 min 581, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 980, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 62-dir.