Şahbuz rayonunun Şada kəndində 2 nəfər dəm qazından zəhərlənib

A- A A+

Dünən Şahbuz rayonunun Şada kəndində 2 nəfər dəm qazından zəhərlənib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, kənd sakinləri - Allahverdi Məmmədov və Solmaz Məmmədova dəm qazının sızması nəticəsində zəhərlənib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılan zərərçəkənlərdən Allahverdi Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. S.Məmmədovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: