Bəxtiyar Əsgərov Türkmənistan Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Türkmənistan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mekan Annamuhammedoviç İşanquliyevlə görüşüb.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyində baş tutan görüşdə iki ölkə arasında yüksələn, dinamik şəkildə inkişaf edən münasibətlər, eləcə də, Naxçıvan Muxtar Respublikası ilə qurulacaq təhsil, mədəniyyət, ticarət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin bu gün  Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Sudan Respublikasının keçmiş Prezidenti  Abdel Rahman Sivar əl-Dahabın vəfatı ilə əlaqədar  bu ölkənin Azərbaycan Respublikasındakı Səfirliyində olub, Naxçıvan Muxtar Respublikası adından açılmış Matəm kitabını yazıb, səfir  Abbas Mustafa Əhməd Abdalla ilə görüşüb, başsağlığı verib.

Qeyd edək ki, Sudan Respublikasının 1985-1986-cı illərdə dövlət başçısı olmuş Abdel Rahman Sivar Əl-Dahabın vəfatı ilə bağlı Səfirlik daimi nümayəndəliyə Nota təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: