Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi yanvarın 25-də Şahbuz rayonunda “Açıq qapı” günü keçirəcək.
Bu barədə nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.
Şahbuz Rayon Məhkəməsinin inzibati binasında baş tutacaq “Açıq qapı” gününün keçirilməsində məqsəd vətəndaşlara hüquqi yardım göstərməkdir.