Finlandiyalı səfirə ölkəmizdə media sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verilib

A- A A+

Yanvarın 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Finlandiya Respublikasının ölkəmizdəki səfiri Kirsti Narinen arasında görüş olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əhməd İsmayılov görüşlə bağlı məmnuniyyətini ifadə edərək, ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatından, “Media haqqında” Qanun, Media Reyestri, jurnalistlərin peşəkarlığının, cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatə dairəsindən bəhs edib.

Səfir Kirsti Narinen qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasının önəm daşıdığını bildirib.

Görüşdə media sahəsində ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: