Culfa, Kəngərli və Şahbuz rayon sakinlərindən qanunsuz saxlanılan odlu silahlar müəyyənləşdirilərək götürülüb
Naxçıvan MR Daxili İşlər Orqanlarında əhalidə qanunsuz saxlanılan odlu silahların müəyyənləşdirilərək götürülməsi sahəsində təxirəsalınmaz tədbirlər görülür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tədbirlərin davamı olaraq Culfa RPŞ-nin əməkdaşları rayonun Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd JP-18 markalı 28 mm-lik ov tüfəngi, Kəngərli RPŞ-nin əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabidin oğlundan 1 ədəd Teksan-S-870 markalı 16 mm-lik ov tüfəngi və Şahbuz RPŞ-nin əməkdaşları Şahbuz Rayon Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan F-99 markalı 9 mm-lik qaz tapançası aşkarlayaraq götürüblər.
Faktlarla bağlı DİO-nun aidiyyəti xidmətləri üzrə araşdırmalar aparılır.