COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

196

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti martın 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəlcə bu müddət yanvarın 1-dək nəzərdə tutulmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: