Naxçıvan-Bakı avtobusunda 6 kiloqramdan çox narkotik aşkar edilib - FOTOLAR

A- A A+

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusun sərnişininə məxsus çantasından 6 388 qram çəkisində narkotik vasitələr aşkarlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi DGK-ya istinadən xəbər verir ki, çantadakı şirniyyat və yuyucu vasitələr qutusunda xalis çəkiləri 2 060 qram olan psixotrop maddə - metamfetamin və 4 328 qram narkotik vasitə - heroin aşkarlanıb.

Daha sonra əməliyyat tədbirləri davam etdirilib, həmin narkotik vasitələri təhvil alan iki nəfər şəxs saxlanılıb və idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman avtomobildən xalis çəkiləri 1,640 qram olan qurudulmuş marixuana və 1,82 qram tiryək, eyni zamanda bu narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən 2 ədəd metal boru aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: