NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün saat 14:51 radələrində Qaraxanbəyli kəndində metal qəbul etmə məntəqəsində vətəndaşların ehtiyatsızlığı nəticəsində orda olan taxta məmulatları yandırılıb.
Hadisə yerinə Naxçıvan şəhər Yanğın Təhlükəsizliyi şöbəsinin şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb. Xəsarət alan yoxdu.