Kiçik sahibkarlar Naxçıvana qayıdır: daha bir mərkəz açıldı - VİDEO

335

Muxtar respublikada sahibkarlıq mühiti canlanır. Naxçıvanda daha bir yenilik...

Özəl tibb müəssisəsi “Saç əkimi mərkəzi” istifadəyə verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Yusif Məmmədəliyev küçəsində fəaliyyətə başlayan yeni “Saç əkimi mərkəzi”ndə Türkiyə Respublikası və Bakı şəhərindən dəvət olunmuş yüksəkixtisaslı həkim və tibb kontingenti keyfiyyətli xidmət göstərəcək. İlkin mərhələdə müəssisədə 10 nəfərə yaxın işçi işlə təmin olunub. Gələcəkdə fəaliyyətin daha da genişləndirilməsi nəzərdə tutulur.

Tibb müəssisəsinin saç əkimi eksperti Bəhram Mehdiyev deyir ki, saç əkimində hazırda ən müasir, ən aktiv istifadə olunan FUE üsuludur..

Qeyd edək ki, yeni açılan mərkəzdə saç, qaş, saqqal əkimi, hicama və zəli terapiya, masaj və fizioterapiya, sınıq, çıxıq, fəqərə sürüşməsi, oynaqların, diz, bel ağrılarının müalicəsi, üz ləkələrinin, tatuların silinməsi, lazer, estetik və plastik xidmətlər göstərilir.

Mərkəzin saç həkim-mütəxəssisləri ən müasir avadanlıqlardan və texnologiyalardan istifadə edərək gözəl saç görünüşü ilə bağlı arzularınızı reallaşdırmağa hazırdır.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: