İçməli su narahatlığı: necədir və necə olacaq? - NTV-nin araşdırması - VİDEO

A- A A+

Su həyat mənbəyidir. Lakin bir neçə ildir ki, membran və sutəmizləyici filtrlər alınıb vaxtı-vaxtında dəyişdirilmədiyindən Naxçıvan şəhər sakinləri içməli suyun keyfiyyətindən ciddi narazılıq edirdilər. Mövzunu NTV əməkdaşları araşdırıb.

Sakinlər bildirirlər ki, hər bir mənzildə davamlı su təminatı yaradılsa da, krandan axan sudan 2018-2019-cu illərdə olduğu kimi istifadə edə bilmirlər. Membran və sutəmizləyici filtrlər alınıb vaxtı-vaxtında dəyişdirilmədiyindən suyu lazımi səviyyədə təmizləmək mümkün olmur və kirəcliliyi artıb.

Bu vəziyyətdə əlavə vəsait xərcləməklə sənaye üsulu ilə qablaşdırılmış sulardan istifadə edənlər də az olmur. Avtomobillərdə Şahbuz rayonu ərazisindəki bulaqlardan kilometrlərlə məsafədən evlərinə su daşıyanlar da günbəgün artıb.

Bəs mənzillərə çəkilən su niyə əvvəlkitək keyfiyyətli deyil?

Əvvəlki illərdə bu sahəyə ayrılan vəsaitin istifadə edilməsinə Maliyyə Nazirliyi tərəfindən imkan verilmədiyindən köhnə filtrlərin dəyişdirilməsi mümkün olmayıb.

Qeyd edək ki, sakinləri narahat edən içməli su problemi qısa zamanda öz həllini tapacaq. Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksindən bildirilib ki, maksimum 10-15 günə suyun keyfiyyəti ilkin vəziyyətinə qaytarılacaq. 

Mövzu yenidən gündəmə gətiriləcək.

 Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: