İlin ötən dövrü ərzində temperatur altı gün normadan aşağı olub

189

Bu ilin yanvar ayı Abşeron yarımadasında mürəkkəb temperatur rejimi ilə xarakterizə olunur. Ayın ötən dövrü ərzində havanın orta sutkalıq temperaturu 6 gün (1-7.2°) normadan aşağı, 14 gün normadan yüksək (3-7˚), üç gün isə norma daxilində olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

U.Tağıyevanın sözlərinə görə, son günlərdə temperatur normadan yüksək olsa da, yanvarın 23-24-də və 24-dən 25-nə keçən gecə Abşeron yarımadasında havanın temperaturu 0°-dən aşağı - 0.4 dərəcə şaxta, Sumqayıtda isə 1.2 dərəcə şaxta olub: “Bunun əsas səbəbi ərazimizdə formalaşan sinoptik proseslərdir. Yüksək təzyiq sahəsinin ərazimiz üzərində yerləşməsi hava şəraitinin mülayim, sabit, buludsuz keçməsinə səbəb olur. Abşeron yarımadasında havanın buludsuz olması nəticəsində gecələr radiasion soyuma prosesi gedir, yer səthi daha sürətlə soyuyur. Həmin faktorlar gecə saatlarında temperaturun 0°-dən enməsinə şərait yaradır. Yanvarın 25-27-də gecə saatlarında Abşeron yarımadasının bəzi yerlərində havanın temperaturunun 0-2° şaxta olacağı gözlənilir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: