Naxçıvanda terminallarda təbii qaz ödənişləri bərpa olunub - VİDEO

A- A A+

Naxçıvan televiziyasında elektrik və təbii qazdan istifadəyə görə öncədən ödənişli smart kartların ödəniş terminalları vasitəsilə yüklənməsində yaranmış problemlə bağlı araşdırma təqdim edilmişdi. Artıq bu problem aradan qaldırılıb, terminallarda elektrik ödənişləri ilə yanaşı, mavi yanacaq kartlarının da yüklənməsi bərpa edilib.          

Naxçıvan televiziyasının tənqidi çıxışından sonra “Naxçıvanbank” ASC tərəfindən elektrik ödənişləri ilə bağlı problem aradan qaldırıldı. Mavi yanacaqdan istifadəyə görə ödənişlə bağlı işlərin aparıldığı və problemin tezliklə aradan qaldırılacağı bildirilmişdi. Dünəndən etibarən artıq istehlakçılar şəhərimizdəki ödəniş terminalları vasitəsilə təbii qaz ödənişləri edə bilərlər.

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: