Şahbuzda “Açıq qapı” günü keçirilib

A- A A+

Ədliyyə sahəsində aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Şahbuz Rayon Məhkəməsinin inzibati binasında “Açıq qapı” günü keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində nazirliyin bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müraciət edən vətəndaşların problemləri dinlənilib, qanunamüvafiq məsləhətlər verilib, eləcə də həlli mümkün olan məsələlərə dəstək göstərilib. Məqsəd vətəndaşların daha çox müraciət etdiyi ədliyyə fəaliyyəti ilə bağlı hüquqi yardımların göstərilməsi, onların maarifləndirilməsi, problemlərinin həll olunmasında  peşəkar dəstəyin göstərilməsidir.

“Açıq qapı” günlərinin davamlı olaraq muxtar respublikanın digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Vətəndaşlara bu barədə nazirliyin rəsmi saytında və sosial şəbəkə hesablarında əvvəlcədən məlumat veriləcəkdir.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: