Ötən il Naxçıvanda nağdsız ödənişlərin həcmi 74 faiz artıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 2022-ci ildə muxtar respublikada nağdsız ödənişlərin həcmi 207 milyon 787 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 88 milyon 738 min manat və ya 74,5 faiz çoxdur.

Qeyd olunan dövrdə nağdsız ödənişlərin 51 milyon 970 min manatı POS-terminallar vasitəsilə, 155 milyon 817 min manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: