Milli Məclis müvafiq orqanlar ilə birlikdə aqrar sahə ilə əlaqədar yeni vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məsələ parlamentin Aqrar siyasət komitəsinin 2023-cü il üzrə yaz sessiyasının iş planında əksini tapıb.
Yaz sessiyası ərzində komitə üzvlərinin işğaldan azad edilən torpaqlarda yaranmış vəziyyətlə tanışlıq və aqrar sahəsinin inkişafı üçün vacib məsələlərin müzakirəsi nəzərdə tutulur.