Amerika vətəndaşlarına Azərbaycanın görməli yerlərindən bəhs edilib

A- A A+

ABŞ-ın https://newsblaze.com xəbər portalında “Azərbaycanın görməli yerlərini gəzmək yeni bir yer kəşf etməyə bərabərdir” sərlövhəli məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qrinqerin qələmə aldığı məqalədə Azərbaycanın ecazkar təbiətə malik olduğu qeyd olunur.

Nurit Qrinqer 2017-ci ildə ölkəmizə ilk səfərinin İsrail Müstəqillik Gününə təsadüf etdiyini bildirir və əhalisinin əksəriyyəti müsəlman olan bir ölkədə yəhudi xalqına böyük hörmətin şahidi olduğunu vurğulayır.

İsrailin Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olduğunu qeyd edən müəllif hazırda iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla davam etdiyini bildirib, İsraildə Azərbaycan səfirliyinin açılmasının önəminə toxunub.

Fond rəhbəri Azərbaycana dəfələrlə səyahət etdiyini, ölkəmizin füsunkar təbiətinə heyran olduğunu oxucuların diqqətinə çatdırıb.

Məqalədə Azərbaycanın iqlimi, qonaqpərvərliyi, zəngin mədəniyyəti, adət-ənənələri, dili, dini, tolerant və multikultural dəyərləri, təbii sərvətləri barədə ətraflı məlumat verilib, müsəlman aləmində ilk dəfə 1918-ci ildə məhz Azərbaycanda qadınlara seçki hüququ verildiyi xüsusi olaraq nəzərə çatdırılıb. Müəllif paytaxt Bakı, Azərbaycanın bölgələri, o cümlədən işğaldan azad olunmuş Qarabağla bağlı öz təəssüratlarını oxucularla bölüşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: