NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan MR DİN-in Cinayət Axtarış İdarəsinin əməkdaşları Naxçıvan şəhərində yerləşən "Çəmən" marketdən satışı qadağan edilmiş aksiz markasız spirtli içkilər və tütün məmulatları aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər.
Bu kimi tədbirlərin davamı olaraq Şərur Rayon Polis İdarəsinin əməkdaşları da Siyaqut kəndində kiçik biznes fəaliyyəti ilə məşğul olan vətəndaşdan aksizsiz müxtəlif markalarda siqaretlər aşkarlayaraq götürüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.