Baş prokuror: "2022-ci ildə əvvəlki illərdən bağlı qalmış 17 qəsdən adamöldürmə cinayətinin üstü açılıb"

A- A A+

2022-ci ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 17 cinayət işinin açılması təmin edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev yanvarın 27-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.

Baş prokuror deyib ki, onlardan 14 iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə istintaq tədbirləri davam etdirilir.

“2020-ci il mayın 1-dən indiyədək əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 27 qəsdən adamöldürmə cinayəti açılıb. Onlardan 24-ü məhkəməyə göndərilməklə 15 iş üzrə ittiham hökmü çıxarılıb, digərləri məhkəmə baxışındadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: