Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb - FOTOLAR
Naxçıvan MR-in Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin elektron informasiya resursları yeni "nagro.gov.az" və "ndim.gov.az" domen adları ilə "AzStateNet" şəbəkəsinə köçürülüb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, muxtar respublikada dövlət orqanlarının internet səhifələrinin “gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.