Sədərəkdə “Erkən nikah ailə institutunun məhvidir” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

Sədərək rayonunda “Erkən nikah ailə institutunun məhvidir” mövzusunda tədbir keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, nikaha daxil olan gənclər ailə yaratmaqla təkcə bir-birləri qarşısında deyil, eyni zamanda valideynləri, yaxınları və ümumiyyətlə, cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsində nikah yaşının 18 olduğu qeyd edilib. Bəzən gənclərimiz rəsmi nikah yaşına çatmadan erkən yaşda ailə qurmağa meyilli olurlar. Belə hallar nikah hesab edilmir, şərti olaraq erkən nikah adlanır. Bu da gələcəkdə uşaqların hüquqlarının pozulmasına, onların sağlamlıq və psixologiyalarına güclü təsir göstərir.

Vurğulanıb ki, erkən nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrumedilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçılmazdır.

Tədbirdə həmçinin qəbul olunmuş normativ-hüquqi aktların erkən nikah hallarının yaranmasına yol vermədiyi qeyd edilib, müvafiq qanunvericilikdə nəzərdə tutulan cərimə və cəza tədbirləri haqqında ətraflı məlumat verilib, iştirakçılara mövzu ilə bağlı broşürlər təqdim edilib.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: