Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün qala bilərlər. Yeni qaydalar artıq bu gün qüvvəyə minir.
NUHÇIXAN İnformasiya Agentliyi Qazaxıstanın ölkəmizdəki səfirliyinə istinadla xəbər verir ki, Avrasiya İqtisadi İttifaqı ölkələri, eləcə də Azərbaycan, Tacikistan, Ukrayna vətəndaşları Qazaxıstana vizasız giriş edə və bu ölkədə 180 gün ərzində 90 gün vizasız qala bilərlər.
Eyni zamanda bəzi kateqoriyalara aid vətəndaşlar - həkimlər, mühəndislər, aqronomlar, memarlar, IT mütəxəssisləri və digərləri daimi yaşayış üçün sadələşdirilmiş formada icazə ala bilərlər.