Ötən il xəstəlik aşkarlanan uşaqların sayı açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 2022-ci ildə müayinə olunmalı 802 291 uşaqdan 763 332-si müayinələrə cəlb olunub, 48 109 uşaqda xəstəlik aşkarlanıb.
Qeyd edək ki, 2021-ci ildə isə müayinə olunmalı uşaqların sayı 797 360 nəfər olub, onlardan 737 248-i müayinə edilib. Həmin il 32 838 uşaqda xəstəlik aşkarlanıb.