Naxçıvan bu gün Avropanı xatırladır - VİDEO
Türkiyənin Şərqi Anadolu Jurnalistlər birliyinin üzvləri ilə birlikdə Naxçıvanda olan Ağrı Jurnalistlər Cəmiyyətinin sədri Ələddin Arslan hər dəfə bura gələndə mütləq yeniliklə qarşılaşdığını vurğulayıb. Bütün bunlar isə muxtar respublika rəhbərliyinin zəhməti və səyi ilə əldə olunub. Naxçıvanla bağlı fikirlərini yerli jurnalistlərlə bölüşən Arslan Naxçıvanın 26 il əvvəlki vəziyyətini bu günlə müqayisə edəndə inanılmaz bir inkişafın şahidi olduğunu qeyd edib.
NUHÇIXAN türkiyəli jurnalistin verdiyi videomüsahibəsini təqdim edir: