104.1 FM-in yayım keyfiyyətinin monitorinqi aparılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Radio-Televiziya Ötürücü Mərkəzinin texniki mütəxəssisləri Naxçıvan şəhəri ərazisində televiziya və radio yayımının keyfiyətinin yoxlanması məqsədilə monitorinq keçiriblər.

Monitorinqdə Naxçıvan televiziyasının əməkdaşları da iştirak edib. Şəhərin müxtəlif istiqamətlərində aparılan monitorinq zamanı bəlli olub ki, bir çox istiqamətlərdə Naxçıvan radiosunun yayımlandığı 104.1 FM tezliyində qırılmalar baş verir.

Mütəxəssislər bildirir ki, buna səbəb İran İslam Respublikasına məxsus radio vericilərinin normadan dəfələrlə artıq siqnal buraxması və milli tezliklərimizə müdaxilədir.  Naxçıvan şəhərinin bir çox yerlərində yayım tezliyinin keyfiyyəti yaxşı olsa da, xüsusilə sərhədə yaxın ərazilərdə şəbəkə parazitləri yayım keyfiyyətinə təsir göstərir.

                                                              

  Yunis Allahverdiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: