Mixail Qusman Tehrandakı terroru Naxçıvandan kəskin pislədi - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiyanın tanınmış jurnalisti, tərcüməçi və televiziya aparıcısı, TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi, əməkdar jurnalist Mixail Qusman yaradıcı heyəti ilə birgə Naxçıvana gəlib. Heyət Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş filmin çəkilişlərini aparır. Çəkilişlər əsasən Əlincəqalada, Ulu öndərin Naxçıvanda yaşadığı evinin önündə və şəhərin bir neçə ünvanında aparılıb. Mixail Qusman Naxçıvan televiziyasına müsahibə verib, Tehrandakı səfirliyimizə qarşı terror aktını Naxçıvandan kəskin pisləyib.

Mixail Qusman Naxçıvan televiziyasına müsahibəsinin geniş varinatını bu linkdən ( https://youtu.be/4LHv3e9kwVU) izləyə bilərsiniz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: