Tələbələr Hüseyn Cavidin ev muzeyində olublar

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildirilib ki, universitetin Tarix-filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələri Hüseyn Cavidin anadan olmasının 136–cı ildönümü münasibətilə şairin ev muzeyini ziyarət ediblər.

Tələbələrə Hüseyn Cavid irsindən, onun ədəbiyyata verdiyi töhfələrdən danışılıb. Bildirilib ki, Cavidin ilk poemaları əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarət olub. Şairin Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olduğunu vurğulanıb.Tələbələrə muzeyin eksponatları barədə geniş məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: