Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yanvarın 29-da yerli vaxtla saat 18:41-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.