Hamiləlikdə risk qrupları açıqlanıb

A- A A+

Hamiləlikdə risk qrupları açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova məlumat verib.

O bildirib ki, hamiləlikdə risk qruplarının təyini çox vacib amillərdən biridir: "Bu risk qrupları həkim mama-ginekoloq tərəfindən təyin olunur və bütün dünyada qəbul olunan perinatal konsepsiya çərçivəsində aparılır. Risk qruplarının təyini hamilə qadınlarda fəsadlaşmaların öncədən proqnozlaşmasına və bu ağırlaşmaların minimuma endirilməsinə kömək edir. Nəticədə vaxtından əvvəl doğuşların sayını, anadangəlmə qüsurların faizini və ölüdoğulanların sayını azaldır. Bu risk qruplarına ən əsas problemlərdən biri kimi qadının yaşı aiddir. Bildiyiniz kimi, 18 yaşdan aşağı və 38 yaşdan yuxarı olan hamilə xanımlara ciddi nəzarət olmalıdır. Çünki onlarda tez-tez müəyyən ağırlaşmalar - hipertenziya (preeklampsiya, eklampsiya, gestasion diabet, dölün inkişaf ləngiməsi, psixoloji problemlər) qeyd oluna bilər.

Qadında neçənci hamiləliyin olması da vacib hesab olunur. Çoxsaylı doğuşlarda (5, 6 və daha çox) ağırlaşmalara daha tez rast gəlinir. Bu zaman dölün sağrı gəlişi, mamalıq qanaxmaları (ciftin vaxtından əvvəl qopması, hipotonik və atonik qanaxmalar), vaxtından əvvəl doğuşlar və s. patologiyalar ola bilər".

"Növbəti risk qrupuna çoxdöllü hamiləlik aiddir. Döl sayının çox olması düşüklərin və vaxtından əvvəl doğuşların riskini artırır (40 faizədək), hamilə qadında isə daha çox təzyiq problemləri, ödemlər və böyrək infeksiyalarına rast gəlinir. Nəticədə bu da yenidoğulmuşların azçəkili və bətndaxili patologiyalar ilə doğulmasına səbəb ola bilir, - həkim əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: