Ötən il muxtar respublika üzrə 7576 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ötən il ərzində Naxçıvan şəhəri üzrə 3205, Şərur rayonu üzrə 1592,  Babək rayonu üzrə 1110, Ordubad rayonu üzrə 486, Culfa rayonu üzrə 471, Şahbuz rayonu üzrə 324, Kəngərli rayonu üzrə 269, Sədərək rayonu üzrə 119, ümumilikdə muxtar respublika üzrə 7576 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Bunun 2398 ilkin, 5178 təkrar qeydiyyatdır.

Qeydiyyata alınmış daşınmaz əmlak obyektlərindən 2770-i torpaq sahəsi, 1573-ü mənzil, 2983-ü fərdi yaşayış evi, 13-ü bağ evi, 104-ü qeyri-yaşayış binası, 107-si qeyri-yaşayış sahəsi və 26-sı əmlak kompleksidir.

Hesabat dövründə daxil olmuş müraciətlər əsasında 2365 əmlaka dair texniki pasport, 3341 torpaq sahəsinə dair plan-ölçü olmaqla, ümumilikdə 5706 texniki sənəd tərtib edilib. Bu da 2021-ci illə müqayisədə 0,2% çoxdur. Hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair 6225 arayış verilib.  

Ötən ilin yanvar-dekabr ayları ərzində 87 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 54 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: