Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, universitetdə akademik Azad Mirzəcanzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib.
Bildirilib ki, görkəmli alim 500-ə yaxın elmi məqalənin, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaitinin, 50-dən çox ixtira və patentin müəllifidir. O, neft-qaz mexanikası sahəsində bütöv bir elmi istiqamət yaradıb. Azad Mirzəcanzadə elmi yaradıcılığında pedaqoji fəaliyyətlə də məşğul olub. Yüksək ixtisaslı kadrların hazırlanmasındazəhməti olan alimlərdəndir. Onun yetirmələri Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Vyetnam, Almaniya və digər xarici ölkələrdə yüksəkixtisaslı kadrlar kimi fəaliyyətlərini davam etdirirlər. Sonda görkəmli alimin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.