Heydər Əliyev adına Hərbi Liseylə tanışlıq olub - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edən namizədlər liseydəki təlim-tədris şəraiti ilə tanış olublar. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Əlahiddə Ümumqoşun Ordunun birgə tədbirlər planına əsasən razılaşdırılmış qrafikə uyğun olaraq keçirilən tədbirdə bu dəfə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri və hərbi rəhbərləri iştirak ediblər. Məktəblilərin Hərbi Liseylə tanışlıq prosesi həftədə bir dəfə olmaqla dekabrın 14-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: