Monumental, əzəmətli Möminə xatun türbəsi - AzTV-nin reportajı - VİDEO
Dünyanın ən böyük möcüzələrindən biri, qocaman memarlıq salnaməsi, memar Sinan kimi dahilərin ilham qaynağı, üzərində ərəb əlifbasının kufi xətti ilə Qurani-Kərimin müdrik kəlamlarının həkk olunduğu Möminə xatun türbəsi... Açılmamış simvolik şifrələr, naxışlarındakı mənalar, həndəsi ornamentlər, riyazi təfəkkürlə bədiiliyin vəhdəti olan əsrarəngiz harmonik mozaika. Parlaq rənglərin ecazkar ahəngdarlığı ilə dünya fatehlərinin, alimlərin, tarixçilərin, arxeoloqların, memarların, rəssamların və səyyahların hər zaman diqqətini çəkib bu əsrarəngiz Şərq incisi.
Azərbaycan televiziyası Naxçıvanın türk-islam mədəniyyəti abidələrinin ən möhtəşəm nümunələrindən biri Naxçıvan şəhərinin “Əcəmi seyrangahı”nda ucalan, görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunan Möminə xatun türbəsi haqqında reportaj hazırlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi reportajı təqdim edir: