Naxçıvanda sahibsiz itlər: hansı tədbirlər görülür? - VİDEO

A- A A+

Naxçıvanda sahibsiz itlərlə bağlı aidiyyəti qurumlar tədbirlərə başlayıb. Yaşayış məntəqələrindəki sahibsiz itlər təcrid edilərək sığınacaqlara təhvil verilir.

Son günlər sakinlər Naxçıvan televiziyasının sosial şəbəkə hesablarında izləyicilərin sahibsiz küçə itlərinin çoxalması ilə bağlı narazılıqlarına çox rast gəlirik.

Sakinlər qeyd edir ki, sahibsiz itlər həm azyaşlıları narahat edir, həm də məişət tullantılarını ətrafa dağıtmaqla natəmizliyə səbəb olurlar.

Virus və xəstəlik daşıyıcısı olan sahibsiz heyvanların təcrid edilməsi üçün müvafiq qurumlar tərəfindən addımlar atılır. Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin əməkdaşları sahibsiz itləri keyitmə yolu ilə təcrid edərək Naxçıvan şəhərindən kənarda yaradılmış sığınacaqlara yerləşdirirlər.

Onların mütəmadi olaraq yerləri yuyulur, peyvənd olunur, baytar müayinəsindən keçirilir və gündə 2-3 dəfə qida ilə təmin olunurlar.

Əgər yaşadığınız ərazidə sahibsiz itlərə rast gəlirsinizsə, sığınacağa yerləşdirilməsi üçün 060-203-11-15 telefon nömrəsi ilə əlaqə saxlamağı unutmayın.

                                                        Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: