Naxçıvanın kəndlərində qarın hündürlüyü 10 sm-ə çatıb - FOTOLAR
Bir neçə gündür, muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün gecəyarısından başlayaraq Naxçıvan şəhərinə yağan qar 2 santimetr olub. Dağlıq bölgələrdə isə yağıntı intensiv xarakter alıb, qar örtüyünün hündürlüyü 10 sm-ə çatıb.
Sinoptiklərin məlumatına görə, fevralın 3-dən 4-dək muxtar respublika ərazisində havanın arabir yağışlı, bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək.