Şahbuzda oğurluq hadisəsi olub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 2-də Şahbuz rayonu ərazisində yerləşən şirkətlərdən birinin anbarından 8 ədəd soyuducu mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.  

Şahbuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Badamlı kənd sakinləri Ramiz Səfərov, Nuran Əsgərov, Çingiz Abbasov və Naxçıvan şəhər sakini Xəyal Musayev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: