“Şərq qapısı” qəzetinin rəsmi internet səhifəsi “gov.az”a köçürülüb

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, “Şərq qapısı” qəzetinin elektron informasiya resursu “serqqapisi.gov.az” adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Qəzetin rəsmi internet səhifəsi Nazirliyin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb, internet səhifəsinin təhlükəsizliyinin təmin edilməsi, axtarış sistemlərində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün zəruri texniki tədbirlər həyata keçirilib.

Qeyd edək ki, saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresləri ilə təmin ediləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: