Yanvar ayında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 665 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 494 texniki sənəd hazırlanıb, ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 34 daşınmaz əmlak obyektinə ünvan verilib. Həmçinin 69 torpaq sahəsinin plan və ölçüsünə dair dövlət kadastr kitablarında qeyd aparılıb, məhdudiyyət və yüklülüyə dair 436 arayış verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib. Məlumata əsasən, ay ərzində Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 82 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib.
Sözügedən dövrdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 1004 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, 4 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.
Bununla yanaşı təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilən torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, şəhər və rayon idarələrində rəqəmsal xəritəyə ümumi nəzarət həyata keçirilib.